Modern.az

Bəşər Əsədə 20 gün vaxt verildi

Bəşər Əsədə 20 gün vaxt verildi

24 May 2013, 13:40

Yaxın zamanlara qədər Suriya milli koalisiyasına başçılıq edən, Suriya müxalifətinin ən əsas simalarından biri Moaz Hatib ölkədə baş verən krizisin həlli yolunu tapmaq üçün hazırladığ planı elan edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Moaz Hatibin planına əsasən, əgər ölkə başçısı Bəşər Əsəd hakimiyyəti vitse-prezidentə və yaxud baş nazirə verərsə, onun və ailəsinin ölkədən sağ-salamat çıxıb getmələri üçün hər bir imkan yaradılacaq.
Bu təklif haqda düşünmək üçün Hatib Əsədə 20 gün vaxt verib.
Bəşər Əsəd isə onun gedişinin ölkədəki xaosu həll edəcəyi yox, əksinə vəziyyəti daha da gərginləşdirəcəyi qənaətindədir.

Xatırladaq ki, Suriya hadisələri 2011-ci ilin 11 martından başlayıb. BMT-nin rəsmi statistikasına əsasən,  konflikt müddətində olkədə 70 mindən çox insan həyatını itirib.

Günəş FƏRHADLI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi