Modern.az

Xamneyi: “Novruz bütün xalqları birləşdirir”

Xamneyi: “Novruz bütün xalqları birləşdirir”

28 Mart 2010, 18:42

İranda keçirilən Dünya Novruz Bayramı mərasimində sıxış edən dini lider Ayətullah Seyyid Xamneyi Novruzu bütün millətləri birləşdirən bayram adlandırıb.  Modern.az  “İrna” agentliyinə isitnadən xəbər verir ki,  dini lidei “Dünya Novüz Bayramı” mərasimindəkı çıxışında Novruzu mənəvi, millətlərarası və ali dəyərlər daşıyıcısı kimi qiymətləndirib. “Novruz bayramı yenilik, təravət, gənclik, coşqu, dostlar və doğmalar arasında məhəbbət və sevgi, dostluq əlaqələrinin gücləndirilməsi deməkdir”, -deyə Xamneyi bildirib.

Dini lider Novruzun beynəlxalq bayram elan olunmasına və dini bayramlardan biri olaraq qəbul edilməməsinə rəğmən hədislərdə Novruz bayramından bəhs olunduğunu diqqətə çatdırıb.  “Novruz günü insanları müqəddəs məkalara və ibadət mərkəzlərinə  axın edir və Allah Təaladan xeyir-bərəkət və uğurlu il arzulayılar”.

Xamneyi qeyd edib ki, mədəniyyətlərin qərbdən şərqə doğru yönəldiyi bir məqamda  Novruzun beyəlxalq bir gün olaraq status qazanması şərq mədəniyyətinin üstün dəyərlərinin qərb xalqlarına ixrac edilməsinə bir fürsət verəcək.

Dini liderdən əvvəl qısa çıxış edən prezident Mahmud Əhmədinejat isə Novruzun beynəlxalq bayram elan olunmasının ardından Tehranda Dünya Novruz mərasimlərinin keçirilməsində məqsədin bolgə ölkələri arasında işbirliyi və əlaqələrin daha da gücləndirilməsi olduğunu və bu bayramın hər il müsəlman ölkələrindən birində keçirilməsinə qərar verildiyini deyib.

Onun sözlərinə görə, Novruz bayramı dünya xalqlarına barış, ədalət və dostluq mesajı verir.

Əfqanıstan prezidenti Həmid Kərzayi çıxışından ümidvar olduğunu bildirib ki, Novruz bölgə xalqları arasında dostluq və sülhün  daha da güclənməsinə xidmət edəcək.

Tacikistan prezidenti İmoməli Rəhmon Novruz bayramının ilk beşiyinin İran İslam Respublikası olduğunu  deyib. Onun sözlərinə görə, dünyada müxtəlif mədəniyyətlər arasında  qarşıdurma və təhdidlərin olduğu bir vaxtda  6 min illik tarixi olan Novruz bayramının beynəlxalq bayram olunması önəmli bir hadisədir.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov Novruz bayramlarının keçmişinə nəzər salaraq Novruzun bölgə xalqlarının ən böyük bayramlarından biri olduğunu bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qısa çıxışında Novruz bayramını təbrik edərək BMT-də Novruzun beynəlxalq bayram elan olunmasının çox önəmli hadisə olduğunu bəyan edib. Mərasimdə çıxış edən Türkiyənin dövlət naziri Cəmil Çiçək  isə Novruzu bayram  edən ölkə və millətlərin ortaq mədəniyyət və dəyərləri bölüşdüyünü deyib. O, Tehranda Dünya  Novruz Bayramının keçiriməsinə fövqəladə əhəmiyyət verdiyini bildirib. “Ortaq dəyərlərimizi ən canlı şəkildə birlikdə yaşatmağa ehtiyacımız var”,-deyə Cəmil Çiçək bildirib.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir