Modern.az

Moskva metrosunda partlayış (yenilənib)

Moskva metrosunda partlayış (yenilənib)

Təhsil

29 Mart 2010, 09:11

Bu səhər Moskva dəhşətli partlayışla oyanıb.  Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxtın mərkəzində yerli vaxtla 07:56-da “ Lublyana” metrostansiyasında partlayış baş verib. Xəbər agentlikləri ən azı 30 nəfərin həlak olmasına dair məlumat yayıb. Hazırda hadisə yerində xilas edici briqadalar çalışır.  Çoxlu sayda yaralı var. Şahidlərin sözlərinə görə, partlayış  qatar perronda  dayanan vaxtı və sərnişinlərin vaqonlara minib-düşdüyü zaman baş verib. Buna görə də həm vaqonda, həm də perronda qatar gözləyənlər arasında qurbanlar var.

 

Rusiyanın Fövqəladə Hallar Nazirliyi metroda partlayış hadisəsinin baş verməsi xəbərlərini təsdiqləyib. Moskva metrosunun mətbuat katibi Svetlana Sarevanın sözlərinə görə,  paptlayış  2 vaqonda baş verib. Partlayış baş verən istiqamətdə  hərəkət dayanıb. O, ən azı 30 nəfərin xəstəxanaya götürüldüyünü və  bütün yaralılarün vəziyyətinin ağır olduğunu deyib. 

Moskva metro partlayışlarından dəhşətə gəlib. Paytxat metrosunda ikinci bir partlayış da baş verib. Bu dəfə hadisə metronun “Park kulturı” stansiyasında olub. İlkin məlumatlara görə, 12 nəfər həlak olub. Moskva Şəhər Daxili İşlər İdarəsinin ictimaiyətlə əlaqələr Departamentinin rəisi Viktor Biryukov həlak olanlarla yanaşı çoxlu sayda ağır vəziyyətdə olan yaralıların xəstəxanalara götürüldüyünü deyib. Biryukov baş vermiş hadisə ilə əlaqədar metroya nəzarətin gücləndirildiyini deyib. Həm “Lyublyana”,  həm “Park kulturu” mutro stansiyalarında baş vermiş partlayışla əlaqədar “terrorizim” maddəsi ilə cinayət işi açılıb.

Modern.az-ın ən son məlumatına görə, daha dair metro stansiyasında - “Prospekt Mir”də də partlayış baş verməsinə dair məlumat yayılıb. Lakin Moskva milisi hələlik bu məlumatı təsdiqləmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər