Modern.az

Moskva intiharçı qadın terrorçuların hücumuna məruz qalıb

Moskva intiharçı qadın terrorçuların hücumuna məruz qalıb

Təhsil

29 Mart 2010, 11:52

Rusiya paytaxtını sarsıtmış son  metro partlayışları deməyə əsas verir ki, ölkə növbəti terror hücumuna məruz qalıb. Modern.az Rusiya xəbər agentliklərinin ən son məlumatlarına  istinadən  xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bəyanatında bildirilir. FTX qeyd edir ki, “Lyublyana” və “Park kulturı”  metrostansiyalarında baş vermiş partlayışları qadın terrorçu- kamikadzelər törədib. FTX-nin ictimaiyyətlə əlaqələr departamentindən İTAR-TASS-a verilən məlumatda qeyd olunur ki,  partlayışları araşdıran  xüsusi operativ qərargah yaradılıb və təhqiqatın gedişi barədə prezident Dmitri Medvedevə müntəzəm məlumat verilir.

FTX qeyd edir ki, partlayışların ilkin təhqiqatı göstərir ki, Moskva metrosunda məhz terror aktı törədilib. FTX-dəki mənbə hadisə yerində intiharçı qadın-terrorçunun cəsədinin tapıldığını deyib. Partlayış törətmiş bombanın gücü isə 3 kq trotil olub. FTX-nin məlumatına görə,  35 nəfər həlak olub, 33 nəfər isə xəstxanaya götürülüb.  

 

Qətərin “Əl-Cəzirə “ telekanalı isə  partlayışlarda Qafqazlı əli axtarır. Telekanal belə bir məlumat yayıb ki, partlayışın arxasında Qafqazdan olan terrorçular dayanıb. Rusiyalı təhlilçi Aleksandr Rikayev telekanala verdiyi müsahibədə qeyd edib ki, Şimali Qafqazda vəziyyət sabitlikdən uzaqdır və buna görə də yeni terror aktlarının baş verməsi istisna olunmur.

  

Ən son məlumatlara görə, paytaxtın 3-cü metrostansiyası ”Bereqovaya”da da partlayışın baş verdiyinə dair məlumat yayılıb, lakin Moskva hüquq-mühafizə orqanları bu xəbəri təsdiqləmir. Moskva merliyi isə paytaxt sakinlərinə şəhərinə mərkəzinə hərəkət etməyi tövsiyə etmir.  

          

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı