Modern.az

“Azadlıq” radiosunun əməkdaşı həbs olunub

“Azadlıq” radiosunun əməkdaşı həbs olunub

Dünya

29 May 2013, 13:06


Qırğızıstanda pedofiliyada ittiham olunan “Azadlıq” radiosunun Orta Asiya xidmətinin əməkdaşı həbs edilib. Modern.az ”Veçerniy Bişkek” qəzetinə istinadən bildirir ki, bu məlumatı Qırğızıstanın daxili işlər naziri Abdulda Surançiyev bildirib. Parlament komitəsinin sosial siyasət üzrə iclasında iştirak edən nazir həbs edilən şəxsin adını da çəkib. Bu, Elmirzə Jusupəliyevdir. İstintaqın məlumatına görə o, iki il müddətində yetkinlik yaşına çatmayan yeniyetmə ilə seksual əlaqələrdə olub. Nazirin sözlərinə görə, uşağın valideynlərinin bundan xəbəri olmayıb.
“Bütün seksual hərəkətlər hamamda baş verib. Cinayətkar iki gün bundan əvvəl həbs edilib”. Nazirin sözlərinə görə, cinayət işi ilə bağlı ətraflı məlumat “tezliklə mətbuata bildiriləcək”. Surançiyevin sözlərinə görə həbs edilən Jusupəliyev “Azattık” radiosu ilə (“Azadlıq” radiosunun qırğız şöbəsi) əməkdaşlıq edib.
“Azattık Media”nın direktoru Sultan Jumaqulov bu xəbəri təkzib edib. “Daxiil işlər naziri onun adını bizim radio xidməti ilə əlaqələndirməklə min dəfələrlə səhv edir”-deyə radio direktoru çıxış edib. Onun məlumatına görə Jusupəliyev “Azadlıq” radiosunun özbək xidməti olan “Ozodlık” radiosunda işləyir. Özbək xidməti isə jurnalistin həbsi ilə bağlı hələ ki açıqlama verməyib.


Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi