Modern.az

TQDK nəzarətçi müəllimlər 15 bölgədə seminar-məşğələ keçirəcək

TQDK nəzarətçi müəllimlər 15 bölgədə seminar-məşğələ keçirəcək

29 Mart 2010, 15:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə bölgələrdə keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələləri davam etdirir. TQDK-dan Modern.az-a verilən məlumata görə, aprelin 6-dan etibarən respublikanın 15 şəhər və rayonunda seminarlar təşkil olunacaq. Bu məşğələlərin məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin  məsul əməkdaşları tərəfindən aparılacaqdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir