Modern.az

Almanlar yəhudilərə 1 milyard dollar təzminat ödəyəcək

Almanlar yəhudilərə 1 milyard dollar təzminat ödəyəcək

Dünya

29 May 2013, 17:05

Almaniyaya qarşı növbəti ittiham yəhudi hökumətinə 1 milyard dollar təzminat qazandırıb. Modern.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniya Holokost soyqırımının sağ qalan qurbanlarına görə 1 milyard dollar təzminat ödəyəcək.

Təzminat İsrail hökumətinə illik ödəniş formasında 2017-ci ilədək veriləcək. Soyqırımının sağ qalan qurbanlarına görə təzminatı “Yəhudi Material İddia Assosiasiyası” tələb edib.

Alman hökumətinin assosiasiya ilə razılığına əsasən, 2015-ci ildə 266 milyon, 2016-ci ildə 273 milyon, 2017-ci ildə isə 280 milyon dollar təzminat ödəniləcək. Əvvəldən razılaşdırıldığı kimi 2014-cü ildə ödəniləcək təzminatın məbləği 185 milyon dollar təşkil edir.

Qeyd edək ki, “Yəhudi Material İddia Assosiasiyası” 1951-ci ildə yaradılıb. Assosiasiya Almaniya hökumətindən Holokost qurbanları üçün təzminat almaq məqsədi ilə yaradılıb. Yarandığı gündən etbarən Almaniya hökumətindən 70 milyard dollar  pul alıb.  

 

Elçin AĞAYEV

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı