Modern.az

Medvedev bütün Rusiya ərazisində terrorizmə qarşı mübarizə elan edib

Medvedev bütün Rusiya ərazisində terrorizmə qarşı mübarizə elan edib

29 Mart 2010, 15:48

Bu gün Rusiya prezidenti Dmitri Medvedev  paytaxt metrosunda baş vermiş terrorla əlaqədar Kremldə fövqəladə iclas çağırıb. Modern.az  “İnterfaks”a istinadən xəbər verir ki,  prezident Medvedev və müşavirədə iştirak edən güc strukturlarının rəhbərləri partlayış nəticəsində həlak olmuş vətəndaşların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rusiya dövlət başçısı paytaxtın iki metro stansiyasında “Lyublyana” və  “Park kulturı”-da baş vermiş hadisənin  terror aktı olduğunu bəyan edib. Medvedev bütün Rusiya ərazisində terrorizmə qarşı mübarizə elan edib. Prezident terrora qarış bütün dövəlt miqyasında mübarizə aparılmasını tələb edib. O güc strukturlar qarşısında terrorçuların kompromissiz və sərt şəkildə məhv edliməsi vəzifəsini qoyub.         

Görüşdə Kreml administrasiyasının rəhbəri Sergey Narışkin, nəqliyyat naziri İqor Levitin, fövqəladə hallar naziri Sergey Şoyqu, Moskva meri Yuri Lujkov, Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov, daxili işlər naziri Rəşid Nurqaliyev, baş prokuror Yuri Çayka və  Rusiya Baş Prokurorluğu  yanında Tədqiqat Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak edib.

FTX rəhbəri Aleksandr Bortnikov prezidentə terror aktı üzrə başlamış olan təhqiqatın gedişi   barədə məlumat verib.  Bortnikov  birinci partlayışda 4 kiloqram, ikinci aksiyada 1.5-2 kq  trotil  partlayıcı maddədən  istifadə olunduğnu deyib.

"Əlmizdə olan ilkin versiyaya görə, terror aktları Şimali Qafqaz regionu ilə əlaqəsi olan terror qruplaşmaları tərəfindən törədilib. Partlayışların törədildiyi yerdə iki qadın terrorçu kamikadzenin meyidi tapılıb. İlkin məlumatlara görə, onlar Şimali Qafqazda yaşayış qeydiyyatında olub. Federal operativ qərargah bu istiqamətdə iş aparır. Terrorizm maddəsi üzrə cinayət işi açılıb. Daxili İşlər Nazirliyi gücləndirilmiş iş rejiminə keçib", -deyə A. Bortnikov qeyd edib.

 

Modern.az-ın ən son məlumatına görə,  Krasnoyarsk vilayətində səfərdə olan Rusiyanın hökumət başçısı Vladimir Putin təcili olaraq  Moskvaya qayıdıb. Putin bəyan edib ki, terror aktının təşkilatçıları məhv ediləcək. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır