Modern.az

Tural Bakuvi yeni layihələrindən danışdı

Tural Bakuvi yeni layihələrindən danışdı

29 May 2013, 14:39


Bəstəkar müğənnilərlə əməkdaşlıqla yanaşı bəzi teleseriallara da musiqilər bəstələyir. Bu barədə “Modern.az”a açıqlama verən bəstəkar bildirib ki, yay istirahətinə başlamazdan öncə bir neçə mahnı təqdim edəcək: “Sevilən ifaçı Günay İbrahimlinin ifasında səslənəcək söz və musiqisi mənə aid “Söz olar” adlı mahnı artıq hazırdır və bir neçə gün ərzində dinləyicilərin ixtiyarında olacaq. Aranjemanı Rəmal Rəsula aid mahnı “Gipsy” motivindədir və yay aylarına uyğun olaraq yüksək templidir. Mahnının qısa zamanda çox seviləcəyinə şübhə etmirəm. Eyni zamanda Flora Kərimova, Rəmal Rəsul, Rövşən Civişov, Elçin Hüseynov və faytonçu Nazim ilə də yeni mahnılarımızı işləri bitmək üzrədir və yaxında səslənəcək”.

Müğənnilərlə əməkdaşlıqla yanaşı bəzi teleseriallara da musiqilər bəstələyən Tural Bakuvi söylədi ki, rejissor Samir Qulamovun çəkdiyi “Sonun başlanğıcı” teleserialı ilə əməkdaşlığım davam edir, bu filmə soundtracklər yazıram. Qeyd edim ki, son bölümlərdə söz və musiqisi mənə aid, Rəmal Rəsulun ifasında səslənmiş rok janrlı “tənha gecələr” mahnısı çox saylı tamaşaçı və dinləyicinin yüksək maraq və sevgisinə səbəb olmuşdu.
Vaxt tapdıqca instrumental kompozisiyalar da bəstələyən Tural Bakuvi bildirdi ki, payız aylarında təqdim edəcəyi kompozisiyasının işlərinə yaxında başlamağı düşünür: “Son olaraq təqdim etdiyim “Şərq” kompozisiyası, həm də buna qədər yazmış olduğum instrumental əsərlər (payız, bahar və s) dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Bundan ilhamlanaraq instrumental musiqis silsiləsini davam etdirmək və nəticədə bu musiqilərdən ibarət bir albom hazırlamağı düşünürəm. Vaxt tapdıqca bu işlə məşğul oluram. Yaxında “Payız kompozisiya”mın remix variantını eşidə bilərsiniz. Qeyd edim ki, bu variant DJ APPLE ləqəbi ilə tanınan Elşən Cəfərli tərəfindən hazırlanıb. Ardından isə dərhal Payız aylarında dinləyicilərə təqdim edəcəyim kompozisiyanın işlərinə başlamağı planlaşdırıram”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir