Modern.az

İran prezidentliyinə axtarışda olan iki şübhəli namizəd

İran prezidentliyinə axtarışda olan iki şübhəli namizəd

Dünya

30 May 2013, 11:54


İran prezidentliyinə namizədlər Əli Əkbər Vilayəti və Möhsün Rzayi Argentina-İsrail Müştərək Assosiasiyasının (AMİA) Buenos-Ayresdəki qərargahında 1994-cü ildə törədilmiş, 85 nəfərin ölümü və 300 nəfərin yaralanmasına səbəb olmuş bombalanmanın şübhəliləri sırasındadır. Bu,  hər iki namizəd üçün problem ola bilər. Argentina və İran arasında may ayının 20-də bağlanmış müqaviləyə əsasən, AMİA hadisələri yenidən tədqiq ediləcək. Modern.az bu barədə Xarici KİV-lərə istinadən xəbər verir.

Əli Əkbər Vilayəti və Möhsün Rzayi 2007-ci ildən bəri İnterpol-un Argentinada törədilmiş hadisələrlə bağlı axtarılanlar siyahısındadırlar. İran müdafiə naziri Əhməd Vahidi də bu siyahıdadır.

Peykər İbrahimova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir