Modern.az

Öz özünü təkzib edən həmsədr

Öz özünü təkzib edən həmsədr

Təhsil

29 Mart 2010, 23:55

Dağlıq Qarabağ münaqişəşinin nizamlanması ilə məşğul olan Minsk qrupu həmsədrlərinin regiona yeni səfəri başlayıb. Modern.az xəbər verir ki, həmişə olduğu kimi, həmsədrlər bu dəfə də ziddiyyətli  mövqelərini ortaya qoymaqda, daha sonra isə soyuq məntiq qarşısında ayılaraq  öz özlərini təkzib etməkdədirlər. 
Rusiyalı həmsədr Yuri Merzlyakov artıq bir neçə gündür ki, Azərbaycanın  tarixi ərazisi Qarabağda erməni separatçıların qonağıdır və o, mətbuata açıqlamasında Ermənistan tərəfin Madrid  prinsiplərinin 5 bəndi ilə razılaşmadığını dilə gətirib. Merzlyarkovun  bu bəyanatı siyasi  təhlilçilər tərəfindən geniş müzakirə olunmağa başlar-başlmaz rusiyalı  vasitəçi artıq başqa ampluada çıxış edir.  Merzlyakov Ermənistanın Madrid prinsiplərinə müsbət cavab vermədiyinə dair onun adından verilmiş bəyanatı təkzib edir.

 

“Mənim bəyanatımın mətninin stenoqramı durur, söylədiklərim sozbəsöz orada əksini tapıb”,-deyə Merzlyakov iddia edir. Xankəndində onun adından verilmiş bəyanatı təkzib edən Merzlyakovun əslində nə dediyi  onun heç özünə də bəlli deyil. Xankəndində nə dediyini dəqiqləşdirməyə çalışan erməni jurnalistlərə açıqlamasında Merzlyakov hansısa yeni  əlavələrdən söhbət getmədiyini deyib. “Bunlar əlavələr deyil, bunlar razılaşdırılmamış prinsiplərə aid olan olan təkliflərdir, bunlar əvvəlki müzakirə mövzusu olan momentlərdir”,-deyə Merzlyakov bildirib. O, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə nizamlamanın prinsiplərinə dair konrkret formulların muzakirə olunmadığını deyib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı