Modern.az

Moskvada qafqazlı olmaq təhlükəlidir

Moskvada qafqazlı olmaq təhlükəlidir

30 Mart 2010, 11:14

Moskva metrosunda baş vermiş terror aksiyalarından sonra Rusiyada miqrantlara qarşı kəskin hücumlar başlayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayışlardan  bir neçə saat sonra  Moskva və əyalətlərdə “qafqazlı ovu” başlayıb. Moskvada 2 müsəlman qadın təhqir olunub. Daha sonra isə Moskvanın cənubunda Asiya vətəndaşı qətlə yetirilib. O  idarə etdiyi şəxsi avtomobilində naməlum şəxslər tərəfindən güllələnib. Beləliklə də metro partlayışları və terror aktlarının müsəlman kamikadzelər tərəfindən təşkil olunmasına dair məlumatın ictimai şüurda möhkəmlənməsindən sonra miqrantlara dözümsüzlük əhval ruhiyyəsi güclənib. Miqrantlar və hüquq müdafiə təşkilatları hakimiyyət orqanlarından  ksenofobiyanın qarşısını almaq üçün ciddi addımlar atmağı tələb edir. “Vətəndaş həmrəyliyi” hüquq müdafiə təşkilatının rəhbəri  Yelena Burtinanın sözlərinə görə, Moskvada irqi və milli zəmində hücumlar başlayıb.    “Ötən ilki irimiqyaslı terror aktlarından sonra da biz Qafqazlılara qarşı kəskin münasibət gördük, müəyyən dərəcədə bu cür antiqafqazlı əhval-ruhiyyə kimlər tərəfindənsə təşkil olunur və bu addımlar yuxarıların hərəkətlərindən  qaynaqlanır”,-deyə Burtina bildirib. “Miqrasiya və qanun” təşkilatının rəhbəri Qavhar Curayev də hesab edir ki, Mərkəzi Asiya və Qafqazdan olan miqrantlar qorxu içindədir.  Moskva insan haqları bürosunun direktoru Vladimir Novitski qeyd edir ki, qafqazlılara qarşı kəskin qəzəb əhval-ruhiyyəsi indi nəinki məişət zəminində,  həm də də Rusiya hakimiyyəti tərəfindən rəsmi göstərişlər əsasında müşahidə olunmağa başlayacaq.

Qeyd edək ki, prezident Dmitri Medvedev Federal Təhlükəsizlik Xidmətinə və hüquq-mühafizə orqanlarına  ölkədə vəziyyətə nəzarəti gücləndirmək, sabitliyin pozulması hallarına yol verilməməsi  barədə xüsusi tapşırıqlar verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir