Modern.az

Kommersant: “Moskvada partlayış törədənlər Türkiyədə təlim keçib”

Kommersant: “Moskvada partlayış törədənlər Türkiyədə təlim keçib”

Təhsil

30 Mart 2010, 14:32

Rusiyanın “Kommersant” qəzeti şok və olduqca ağır iddia ilə çıxış edib. Qəzetin bugünkü sayında dərc olunmuş “Şəhid qatarı” başlıqlı məqalədə qeyd olunur ki, 39 nəfərin həlak olması ilə nəticələnmiş terror aktını törədənlər Türkiyədə təlim keçib.

Məqalə müəllifi Nikolay Sergeyev iddia edir ki, təxminin 30 intiharçı kamikadze Türkiyə ərazisində yerli mədrəsələrin birində təlim keçib.  Məqalədə  Şimali Qafqazda terror təşkilatlarına qarşı həyata keçirilmiş uğurlu əməliyyatlara cavab olaraq qadın intiharçıların  və ya başqa adla “dul qadın”ların bu dəfə Moskvanı hədəf seçdiyi bildirilir. Məqalə müəllifi Şimali Qafqazda aparılmış əməliyyatlar gedişində terrorçuların liderləri Səid Buryatski, Salambek Əhmədov, Anzor Astemirov və Abu Xalidin öldürülməsinə diqqət çəkir. Bunların arasında ən təhlükəlisi isə Səid Buryatski hesab olnur. Əslən buryat olan Aleksandr Tixomirov (Buryatski) 2009-cu ildə İnquşetiya prezidenti Yunisbek Evkurova və Nazrandakı polis bölməsinə silahlı hücumlar təşkil edib. Məqalədə iddia olunur ki, Buryatski Çeçenistan və İnquşetiyada  30 potensial terrorçu kamikadze taparaq onları təlim keçmək üçün Türkiyəyə göndərib. Onların təlim keçərək Rusiyaya döndüyü bildirilir. Sergeyev qeyd edir ki, bu adamalar Buryatskinin intiqamını almaq üçün Moskvaya göndərilmiş ola bilər.  Məqalədə o da qeyd olunur ki, Buryatski və çeçenlərin lideri Doku Umarov uzun müddətdir ki, Rusiyanı müharibə meydanına çevirəcəklərini vəd ediblər. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır