Modern.az

İrəvan Avrasiya İttifaqına daxil olmağa razılıq verib - Baş nazir

İrəvan Avrasiya İttifaqına daxil olmağa razılıq verib - Baş nazir

Dünya

1 İyun 2013, 12:50


Ermənistan Vahid Gömrük İttifaqına daxil olmaq üçün nəzərdə tutulan memorandumun imzalanmasına hazırdır. Modern.az bildirir ki, bu barədə Ermənistanın baş naziri Tiqran Sərksiyan rusiyalı həmkarı Dimitri Medvedevlə görüşü zamanı bildirib.

  Tiqran Sərkisyan Minskdə keçirilən MDB hökümət başçıları Şurasının iclasında  görüşü zamanı bildirib ki, “rəsmi İrəvanın Gömrük İttifaqına daxil olmaqla bağlı mövqeyi “aydın və şübhəsizdir”.  O Ermənistanın mövqeyini bir daha təsdiq edərək bütün məsələləri texniki səviyyədə həll etməyin vaxtı çatdığını əlavə edib.  

Avrasiya İqtisadi komissiyasının sədri Viktor Xristenko ilə görüşdüyünü bildirən erməni nazir qarşılıqlı anlaşma əldə etdiklərini və Ermənistanın bu İttifaqa inteqrasiyasını nəzərdə tutan memarandumun hazırlanmasına və imzalanmasına ehtiyac olduğunu bildirib.  

Ermənistanın Gömrük İttifaqına inteqrasiya etmək istəyinin Rusiya üçün önəmli olduğunu bildirən Medvedev isə öz növbəsində “əməkdaşlıq üçün münasib formatın tapılmasını” önə çəkib.  Rusiyali nazir bu məsələləri, həmçinin ölkələr arasındakı ticarət-iqtisadi əmkdaşlığın vəziyyətini müzakirə etməyi təklif edib. Tiqran Sərkisyan həm də “Rosatom”un rəhbəri Sergey Kirienko ilə görüşdüyünü rusiyalı həmkarına xəbər verdi. Sarkisyan “Metsamor atom elektrik stansiyasının yeni blokunun tikintisinin maliyyələşdirilməsi ilə bağlı bütün məsələlərdə anlaşmamız var” -deyə qeyd edib. Bundan əlavə, Kirienko ilə görüşdə “Ermənistanın öz atom stansiyasını xammalla təmin etmək üçün maliyyə bazarlarına çıxması” müzakirə edilib.   

Modern.az  
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür