Modern.az

İran prezidenti qəzaya uğrayıb

İran prezidenti qəzaya uğrayıb

Dünya

2 İyun 2013, 19:20

İran Prezidenti Mahmud Əhmədinejadın uçduğu vertolyotda texniki nasazlıq yaranıb, pilot uçuşu Əlborz dağının ətəyində xəsarətsiz başa vurmağa nail olub.
İranın rəsmi informasiya mənbələrinin məlumatına görə, prezident Tehrandan ölkənin şimalına - Xəzər sahillərinə doğru uzanan ən uzun avtomobil tunelinin açılışında iştirak etməyə gedirmiş. O, açılışdan sonra Tehrana avtomobillə qayıdıb.
 Vertolyotun nasazlığının səbəbi barədə məlumat verilmir.

Mahmud Əhmədinejadın prezidentlik səlahiyyətləri bu ilin avqust ayında bitir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür