Modern.az

Minsk qrupu:”Tərəflər Qarabağ münaqişəsinin sülh həllinə sadiqdir”

Minsk qrupu:”Tərəflər Qarabağ münaqişəsinin sülh həllinə sadiqdir”

Ölkə

30 Mart 2010, 15:19

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin nəticələrinə dair birgə bəyanatla çıxış ediblər. Modern.az xəbər verir ki, vasitəçilərin Qarabağ nizamlamasına dair növbəti bəyanatı ATƏT-in rəsmi saytında yerləşdirilib. “Minsk qrupu həmsədrləri regiona səfər,  Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşlərin nəticələrinə əsasən tərəflərin Madrid prinsipləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə nail olunmasına sadiq qaldıqlarını məmnunluqla qeyd edirlər”,-deyə bəyanatda bildirilir.

 

Minsk qrupu həmsədrləri - Yuri Merzlyakov (Rusiya), Bernar Fasiye (Fransa), Robert Bradtke martın 26-29-da İrəvan və Xankəndinə səfər ediblər. Onlar danışıqlar prosesinin son inkişafı barədə məlumat təqdim ediblər.  Vasitəçilər İrəvanda prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşərək münaqişənin nizamlanması üzrə əsas prinsiplərə dair erməni tərəfin təkliflərini müzakirə ediblər. Ermənistanda həmsədrlər digər ikitərəfli görüşlər də keçiriblər. Həmsədrlər regionda və Parisdə tərəflərlə görüşlərdən sonra  Madrid prinsipləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə sadiq qaldıqlarını məmnunluqla qeyd edirlər ”,-deyə bəyanatda bildirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi