Modern.az

Staynberq: “Azərbaycan Qafqazda ən güclü qüvvədir”

Staynberq: “Azərbaycan Qafqazda ən güclü qüvvədir”

Təhsil

30 Mart 2010, 15:42

“Amerika Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini qətiyyətlə dəstəkləyir”. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci  müavini Ceyms Staynberq Moskvada xarici jurnalistlərə verdiyi müsahibəsində bildirib. İTAR-TASS-ın məlumatına görə, Staynberq qeyd edib ki, Birlşhmiş Ştatları geniş məsələlər üzrə Azərbaycanla sıx əməkdaşlıq edir və Qarabağ münaqişəsinin həlli üzrə Minsk prosesini qətiyyətlə dəstəkləyir.Onun sözlərinə görə, Azərbaycan Birləşmiş Ştatlar üçün çox vacib tərəfdaşdır və Qafqazda sülh və sabitliyin dəstəklənməsində güclü qüvvədir.

 

“Biz bilirik ki, bu məsələlər bütün tərəflər üçün mürəkkəb mövzulardır və bizə mövcud olan fikir ayrılıqlarını aradan qaldırmaq üçün yol axtarmaq vacibdir. Vaşinqtonda əmindirlər ki, uzunmüddətli perspektivdə Qafqazda daha dərin inteqrasiya bütün regonun maraqlarına cavab verərdi”,-deyə Staynberq bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI