Modern.az

Bütün sınaq imtahanlarının nəticələri aprelin 4-dən sonra açıqlanacaq

Bütün sınaq imtahanlarının nəticələri aprelin 4-dən sonra açıqlanacaq

Ölkə

30 Mart 2010, 16:05

Təhsil Nazirliyinin respublikanın ümumtəhsil məktəblərində əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada keçirdiyi sınaq imtahanları başa çatmaq üzrədir.

Modern.az xəbər verir ki, fevralın 27-dən start verilən imtahanlara aprelin 4-də yekun vurulacaq. Qeyd edək ki, indiyədək Bakı, Sumqayıt, Şirvan, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab, Gəncə, Mingəçevir və Naftalan, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlaxda əsas və orta təhsil pillələri üzrə sınaq imtahanları keçirilib. Təhsil Nazirliyi hələlik yalnız Bakı və Sumqayıt şəhərlərində keçirilən yoxlama imtahanlarının nəticələrini elan edib. Digər şəhər və rayonlar üzrə imtahanlarln nəticələri isə hələ açıqlanmayıb. Təhsil Nazirliyi mətbuat xidmətinin əməkdaşı Billurə Cavadlı Modern.az-a bildirib ki, indiyədək nəticələri açıqlanmayan imtahanların cavabları aprelin 4-dən sonra elan ediləcək. Belə ki, aprelin 3-ü və 4-də Azərbaycanın Şimal-Qərb bölgəsində-Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında sınaq imtahanları keçiriləcək. Ondan sonra nəticələr Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək.

Modern.az-a oxucular tərəfindən həddindən artıq müraciət daxil olduğundan, bir daha xatırladırıq ki, martın 13, 14, 27, 28-də keçirilən sınaq imtahanlarının nəticələri aprelin 4-dən sonra açıqlanacaq.

IX sinif şagirdləri ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla 50 suala cavab verirlər.

 

XI sinif şagirdləri isə 8 fənn-Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dili üzrə 120 sualı cavablandırırlar.

Qeyd edək ki, yoxlama imtahanının nəticələri sinif jurnalına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq.   Təhminə Paşayeva
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır