Modern.az

Obamaya Azərbaycanla bağlı məktub göndərilib

Obamaya Azərbaycanla bağlı məktub göndərilib

Təhsil

30 Mart 2010, 16:40

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini əks etdirən məktub ünvanlanıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məktub Azərbaycanın ABŞ-dakı səfirliyinin fəaliyyətinin nəticəsi olaraq 26 mart tarixində ABŞ Konqresindəki Azərbaycan üzrə işçi Qrup tərəfindən göndərilib.
XİN-in məlumatına görə, məktuba İşçi Qrupunun 10 üzvü imza atıb.
Bu təşəbbüsün reallaşmasında cari ilin fevral ayında konqresmen köməkçilərinin Azərbaycana təşkil edilmiş səfəri mühüm rol oynayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir