Modern.az

“Qarabağda müharibə başlasa, heç bir fövqəldövlət Ermənistana kömək etməyəcək”

“Qarabağda müharibə başlasa, heç bir fövqəldövlət Ermənistana kömək etməyəcək”

Təhsil

30 Mart 2010, 16:47

“Qarabağda müharibə başlasa, heç bir fövqəl dövlət Ermənistana kömək etməyəcək”. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin sabiq müdafiə naziri Samvel Babayan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Babayana görə, Ermənistan Qarabağ münaqişəsinin həlli üçün siyasi məqamı itirib.

“1994-cü ildə biz dayanmamalı və Bakını müqaviləni birdəfəlik imzalmağa məcbur etməli idik”,-deyə Babayan iddia edib. O əlavə edib ki, region xalqlarının mentaliteti elədir ki, bu cür məsələlər yalnız məcbur edilməklə həll olunur.

Babayan unudur ki, bu mentalitet məsələsi onun təmsil etdiyi millətə də aiddir. Məhz Ermənistanı məcbur etmək lazımdır ki, işğal etdiyi Azərbaycan torpaqlarını birdəfəlik tərk etsin.  

 

Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesində iştirakı məsələsinə toxunan Babayan qeyd edib ki, Azərbaycan buna imkan vermir. Onun sözlərinə görə, “DQR” danışıqlar prosesinə cəlb olunsa belə, bunun heç bir əhəmiyyəti olmayacaq. Minsk qrupunu tənqid edən sabiq müdafiə naziri qeyd edib ki, bu qurum öz rolunu oynamır. Babayan Qarabağda müharibənin başlanmasını tam mümkün hesab edir. Onun sözlərinə görə, Azərbaycanı müharibəni  başlmağa qoymayan yalnız hazırda danışıqlar masası üzərində olan Madrid prinsipləridir. Ermənistanın hər gün müharibəyə hazırlaşdığını deyən Babayan qeyd edib ki, bu gün əsas  diqqət dövlətin iqtisadi cəhətdən güclənməsinə nail olmaqdır: “Çünki Azərbaycan və Ermənistan arasında yeni müharibə baş qaldırsa, heç bir fövqəldövlət Ermənistanın tərəfində olmayacaq”,-deyə qondarma “Qarabağ Müdafiə Ordusu”nun sabiq rəhbəri bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür