Modern.az

Türkiyədə iğtişaşlar davam edir – ölənlər 2 nəfərə çatıb

Türkiyədə iğtişaşlar davam edir – ölənlər 2 nəfərə çatıb

4 İyun 2013, 12:17

Türkiyənin və bütün dünyanın gündəmində olan Taksim Gəzi Parkındakı hadisələr ötən gecə də davam edib. Dünən axşam 11:00 radələrindən başlayaraq İstanbulun müxtəlif yerlərində İnönü stadionunda, Gümüşsuyu küçəsində polis daş atan aksiyaçılara qaz bombaları atıb, bibər qazı ilə müdaxilə edib. Dolmabağçadakı Baş nazirlik ofisinə getmək istəyən aksiyaçılara da təzyiqli su və bibər qazları vasitəsilə müdaxilə edilib. Burada yaşanan hadisələrdə Türkiyənin “Doğan” Xəbər Agentliyinin fotomüxbiri də yaralanıb. Hadisələr zamanı xeyli sayda aksiyaçı Çevik Qüvvətlər tərəfindən həbs edilib.

İstanbulun Taksim meydanında etiraz aksiyası keçirənlərə dəstək məqsədilə Ankarada küçələrə çıxan kütlələrin bir qrupu prezidentin Çankaya iqamətgahına doğru yönəlib. Polis onların qarşısını kəsərək iqamətgaha yaxınlaşmalarına imkan verməməyə çalışsa da, prezident Abdulla Gül nümayişçilərə qaz bombaları atılmaması üçün tapşırıq verib. Bir müddət iqamətgahın yaxınlığında gözləyən etirazçılar dinc şəkildə dağılışıblar.   

Qeyd edək ki, artıq 8 günündür davam edən hadisələrdə iki nəfər ölüb.  

Aytən ƏLİYEVA  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir