Modern.az

İlham Əliyev tikilən Dövlət bayrağı meydanda olub

İlham Əliyev tikilən Dövlət bayrağı meydanda olub

30 Mart 2010, 19:52

Prezident İlham Əliyev martın 30-da Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub. İnşaat işlərinin gedişi barədə ölkə başçısına məlumat verilib.
Bildirilib ki, 35 min kvadratmetr ərazisi olan meydanda bütün lazımi infrastrukturun yaradılması nəzərdə tutulur və bu istiqamətdə xeyli iş görülüb. Qeyd edilib ki, dayağının hündürlüyü 162 metr olan dövlət bayrağının uzunluğu 70, eni 35 metr olmaqla 2450 kvadratmetr sahəni əhatə edəcək.

Dövlət başçısı görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını verib.

Tikinti işlərinə Prezidentin paytaxtda Dövlət bayrağı meydanının yaradılması haqqında imzaladığı sərəncama əsasən, Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında 2007-ci il noyabrın 17-də başlanılıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!