Modern.az

Vilayət Quliyev və Həsən Həsənov yeni təyinat aldılar

Vilayət Quliyev və Həsən Həsənov yeni təyinat aldılar

Təhsil

30 Mart 2010, 23:35

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq Vilayət Quliyevin Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.

 

Prezidentin digər sərəncamı ilə Vilayət  Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

 

İlham Əliyevin daha bir sərəncamı ilə Həsən Həsənov Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi