Modern.az

İsrail parlamenti qondarma “erməni soyqırımı”ın tanımayacaq

İsrail parlamenti qondarma “erməni soyqırımı”ın tanımayacaq

Təhsil

30 Mart 2010, 23:39

Qondarma “erməni soyqırımı” İsrail parlamentində - Knessetdə tanınmayacaq. Modern.az xəbər verir ki, bu barədə  Knessetin keçmiş deputatı, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal İsrail parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı məsələnin müzakirə olunacağı barədə yayılmış məlumatlara münasibət bildirərkən bildirib. Onun sözləriən görə, bu məsələ bir neçə ildir ki, Knessetdə 3 deputatla təmsil olunan “Meres” fraksiyası tərəfindən qaldırılır. “Praktiki olaraq heç kimi təmsil etməyən “Meres” marginal fraksiyadır və Knessetdə heç bir təsiri yoxdur. Bu məsələni qaldıran fraksiyanın üzvləri yaxşı bilirlər ki, həmin mövzu hər zaman mətbuatda maraq doğurur. Bu həmin fraksiyanın lideri Xaim Ornaya öz siyasi mövcudluğunu xatırlatmaq üçün yeganə vasitədir. Hesab edirəm ki, hər hansı bir qətnamənin qəbul olunması üçün heç bir şans yoxdur”.

 

İ.Şaqal əlavə edib ki, bu mövzu heç bir maraq doğurmur və birmənalı olaraq siyasi möhtəkirlik xarakteri daşıyır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!