Modern.az

Ərdoğan Avropanı Nabukko layihəsini tezləşdirməyə çağırdı

Ərdoğan Avropanı Nabukko layihəsini tezləşdirməyə çağırdı

Təhsil

31 Mart 2010, 09:11

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Nabukko qaz kəməri layihəsindən yararlanacaq Avropa ölkələrinə müraciət edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Almaniya biznes forumunda çıxış edən Ərdoğan bəyan edib ki, Nabukko xətti ilə qaz alacaq Avropa ölkələri lazım olan vəsaiti  hələ ortaya qoymayıblar. “Pul gələcəksə, Nabukko üçün lazım olan bütün işləri görməyə hazırıq”,-deyə Ərdoğan bildirib. Baş nazir Nabukko mövzusunda Avropadan gələn xəbərlərin sağlam olmadığını deyib.  Nabukko layihəsinin “tədarükçü, tranzit və istehlakçı” kimi 3 ayaq üzərində dayandığını deyən Ərdoğan maliyyə vəsaitinin ayrılması  probleminin həllinin tezləşdirilməsini tələb edib. “Əgər maliyyə gələrsə, biz Türkiyə olaraq hər şeyə hazırıq, hazırlıqlarımız var, xətlər haradan keçəcək bəllidir. Hər hansı ön şərtimiz yoxdur”,-deyə Ərdoğan bildirib. O, Türkiyənin Avropaya tez bir vaxt ərzində qaz ötürməyə hazır olduğunu,  daha gözləməyə ehtiyac olmadığını deyib. “Daha artıq gözləməyə ehtiyac yoxdur, gəlin gərəkən addımlar ataq. Zatən Avropa ererji  komissarı almaniyalı  olan dostumuzdur. Gəlsin, oturaq birlikdə müzakirə edək, bu məsələni nəticəyə bağlayaq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?