Modern.az

Ruslar metro partlayışlarında gürcü izi axtarır

Ruslar metro partlayışlarında gürcü izi axtarır

31 Mart 2010, 10:05

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskva metrosunda baş vermiş partlayışlarla əlaqədar sensasion bəyanatla çıxış edib. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, Patruşev qeyd edib ki, Moskva partlayışlarında gürcü izinin aşkar olunmasını istisna etmir.  O, operativ xidmətin fəaliyyət göstərdiyini, kifayət qədər qüvvələrin təhqiqata cəlb olunduğunu və artıq bəzi proqresin əldə olunduğunu deyib. Patruşev proqresdən danışarkən gürcü izinin aşkarlanması ehtimalının yüksək olduğunu bildirib.

“Bizdə ayrı-ayrı gürcı məxfi xidmət orqanlarının Şimali Qafqazdakı terrorçu təşkilatlarla əlaqədə olmasına dair məlumatlar var idi. Biz partlayış versiyası kimi bu versiyanı  da araşdırmalıyıq”,-deyə Patruşev bildirib.

 

Patruşevin bu ittihamına Gürcüstanın cavabı tez olub. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bəyan edib ki, yalnız “şizofrenik” insanların beyninə Moskva patlayışlarında Gürcüstanın ittiham olunması gələ bilər. “Bu vaxta qədər Rusiyada heç bir rəsmi və məsul şəxs bu cür ağılsız şeylər söyləməyib. Xarici işlər naziri Sergey Lavrov bir çox terror aktlarının Pakistan, Əfqanıstan və Şimali Qafqazdan planlaşdırıldığını deyib. Onların heç birinin Gürcüstanla əlaqəsi yoxdur”,-deyə nazir bildirib. Onun sözlərinə görə, Rusiya Dövlət Dumasının da bəzi deputatları reallıqdan uzaqlaşıblar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür