Modern.az

Serb parlamenti müsəlmanlardan üzr istədi

Serb parlamenti müsəlmanlardan üzr istədi

Dünya

31 Mart 2010, 11:00

Serbiya parlamenti  2005-ci ilin iyununda Srebrenitsa anklavında (Bosniya və Hersoqovina) bir neçə min müsəlmanın güllələnməsi cinayətini pisləyib. Modern.az BBC-yə istinadən xəbər verir ki,  bu barədə serb parlamenti uzunsürən gərgin debatlardan sonra  müvafiq deklarasiya qəbul edib. Sənədin lehinə 173 deputatdan 123-ü səs verib. Hakim demokrat partiyası tərəfindən parlamentə təqdim olunmuş müvafiq qətnamənin mətni üzrə debatlar ötən gecə yarıya kimi davam edib.  Parlamentdə təmsil olunan müxalifətin bir qismi hakimiyyətin mövqeyini kəskin tənqid edib. Onlar Bosniya silahlı münaqişəsində bütün tərəflərin törətdiyi cinayətlərin pislənməsini tələb edib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir