Modern.az

Ərdoğan ABŞ-a gedir, Türkiyə səfiri də Vaşinqtona qayıdır

Ərdoğan ABŞ-a gedir, Türkiyə səfiri də Vaşinqtona qayıdır

Təhsil

31 Mart 2010, 13:18

ABŞ Nümayəndələr palatası xarici əlaqələr komitəsində qondarma erməni iddialaır ilə bağlı şou-səsvermədən sonra gərginləşən Ankara-Vaşinqton münasibətlərində mülayimləşmə hiss edilməkdədir. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan aprelin12-13-də Amerikada keçirləcək  “Nüvə sammiti”ndə iştirak edəcək.  Türkiyənin Vaşinqtondan geri çağırılmış böyükelçisi Namik Tan da Ərdoğandan bir gün əvvəl Birləşmiş Ştatlara  dönəcək. Xatırladaq ki, xarici əlaqələr komitəsində məlum səsvermədən sonra Ərdoğanın Amerikaya səfəri təxirə salınmışdı. Siyasi təhlilçilər Ərdoğanın  qərarını dəyişərək Vaşinqtona getməsinə müsbət qiymət verir.  “Nüvə sammiti” prezident Barak Obamanın aprelin 24-də “soyqırım” iddiaları ilə əlaqədar çıxışı ərəfəsində baş tutacaq. Sammitdə iştirak çərçivəsində Ərdoğanın Obamaya Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məlumat verəcəyi və Amerika prezidentini çıxışında qondarma “soyqırım” kəlməsini  tələffus etməməsi üçün  səylər göstərəcəyi  gözlənilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir