Modern.az

Rusiyanın boşanmış birinci xanımı - FOTOLAR

Rusiyanın boşanmış birinci xanımı - FOTOLAR

7 İyun 2013, 15:40

Məlum olduğu kimi Rusiya prezideti Vladimir Putinlə birinci xanım Lyudmila Putina dünən jurnalistlərə boşandıqları barədə məlumat verib. Bu hadisədən sonra Rusiya mətbuatı prezidentin bu qərarını müxtəlif istiqamətlərdə şərh  etdi. Sosiaoloqlar, politoloqlar hamısı yekdilliklə bildirdi ki, bu addım Putinin şəxsi və siyasi imicinə xələl gətirməyəcək. Bunun ardınca isə birinci xanımın mətbuatda bu günə kimi dərc edilən və edilməyən fotoları yayıldı. Modern.az Lyudmila Putinanın qısa tərcümeyi halını və fotolarını təqdim edir.

Lyudmila Aleksandrovna Putina 1958-ci ilə yanvarın 6-da Kalininqradda anadan olub. Filoloq ixtisası üzrə 1986-ci ildə Leninqrad Dövlət Universitetini bitirib.

1983-cü il, iyulun 28-də Vladimir Putinlə nikaha girib. 1986-1990-cı illərdə həyat yoldaşı ilə birgə Almaniyada yaşayıb.

1990-1994-cü illərdə Lelinqrad dövlət unuvesitetində Alman dili kafedrasında müəllimə işləyib. Almaniya və Rusiya arasında mədəniyyətlərarası mübadilənin inkişafına dəstək olub. Buna görə də 2002-ci ildə Alman dilinin təbliğinə görə “Jakob Qrimm” laureatı olub.

O, həmçinin,“Ruhaniyyət”in - Qırğısıstanın mənəviyyat dirçəlişi üzrə Beynəlxalq Assosiasiyasının laureatıdır. 2002-ci ildə Qırğızıstan-Rusiya mədəni əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.

2005-ci ilin oktyabrında isə Avrasiya Universitetinin Fəxri professoru adını alıb. Enu (Astana) və "Qızıl Warrior" xatirə medalına layiq görülüb.

 Lyudmila Putina müsahibələrində bildirib ki, teatr incəsənəti ilə maraqlanır, musiqini və romansı sevir. İdmana gəldidə isəİdmanın tennis və dağ xizəyi ilə mşğul olur.

Vladimir Putinlə nikahdan iki qızı var: Mariya (1985) və Katerina (1986)

 

 

 



Elçin AĞAYEV  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır