Modern.az

Ankaradakı azərbaycanlıların soyqırımına aid fotosərgidə AŞ PA sədrinin iştirakı gözlənilir

Ankaradakı azərbaycanlıların soyqırımına aid fotosərgidə AŞ PA sədrinin iştirakı gözlənilir

Təhsil

31 Mart 2010, 13:47

 

Martın 31-də günün ikinci yarısında Türkiyənin paytaxtı Ankara şəhərində “Zəfər Çarşısı” sərgi salonunda Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” adlı fotosərgi açılacaq. Azərbaycan  Parlament Jurnalistləri Birliyi (PJB) və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü, Türkiyə Qəzetçilər Federasiyası (TQF) və Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə baş tutacaq tədbirdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunun da qatılacağı gözlənilir.  

Məlumatı Modern.az-a hazırda Ankarada olan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı verib. Onun sözlərinə görə, sərgi Bakı vaxtı ilə saat 17.00-də açılacaq. Mərasimə Türkiyədə fəaliyyət göstərən yerli və xarici jurnalistlər, Türkiyənin dövlət adamları, ictimaiyyət nümayəndələri dəvətlidilər.

Qeyd edək ki. fotosərgidə ermənilərin 1918 –ci ildə Azərbaycanın müxtəlif regionlarında törətdikləri kütləvi qətliamları, 1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsini, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını, habelə 1988-1994-cü illədə erməni silahlı birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarında törədilən digər dəhşətləri, eləcə də Azərbaycanın işğal altındakı tarixi-mədəni abidələrinin aqibətini özündə əks etdirən fotolar nümayiş etdiriləcək.

Xatırladaq ki, anoloji fotosərgi dünən Türkiyənin turizm şəhərlərindən birində-Alanyada da açılıb və bir həftə davam edəcək. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı