Modern.az

Azərbaycan yəhudiləri İsrail parlamentinə məktub göndərib

Azərbaycan yəhudiləri İsrail parlamentinə məktub göndərib

Ölkə

31 Mart 2010, 14:10

Xəbər verdiyimiz kimi martın 31-də Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir qrup xarici və yerli KİV nümayəndələri Quba şəhərindəki soyqırımı məzarlığını ziyarət ediblər. Soyqırımı məzarlığında düzənlənən tədbirdə Qubadakı azsaylı millətlərin nümayəndələri də iştirak ediblər.

Modern.az-ın məlumatına görə, Qubada yəhidilər yaşayan Qırmızı qəsəbənin bələdiyyə sədri Nisim Nisimov 1918-ci ildə törədilmiş hadisələr barədə bunları bildirib: “Artıq məlumdur ki, 1918-ci ildə ermənilər Qubada Azərbaycan türkləri, müsəlmanlarla yanaşı, digər millətlərin nümayəndələrini, o cümlədən yəhudiləri də kütləvi qətlə yetiriblər. Biz çalışırıq ki, bununla bağlı faktları beynəlxalq aləmə çatdıraq.

Bu istiqamətdə apardığımız təbliğatlarda dünya ictimaiyyətinə çatdırırıq ki, Quba soyqırımı zamanı ermənilər yəhudiləri də məhv ediblər”. N.Nisimov deyib ki, İsrail yəhudiləri Azərbaycan yəhudilərinin 1918-ci ildə ermənilər tərəfindən kütləvi qətliama məruz qalmaları barədə kifayət qədər məlumatlandırılıblar: “Yəhudilərin mövqeyi ondan ibarətdir ki, tarixdə heç bir “erməni soyqırımı” olmayıb. Əksinə, soyqırımına azərbaycanlılar məruz qalıblar. Biz Qubaya gələn xarici qonaqlara bu barədə məlumatlar verməyə çalışırıq”. N.Nisimov deyib ki, Quba yəhudiləri adından İsrail parlamentinə (Knesset) məktub göndərilib. Məktubda bildirilib ki, Knessetdə qondarma “erməni soyqırımı”na aid hər hansı sənədin müzakirə olunması yolverilməzdir: “Biz belə düşünürük ki, Qubada ermənilərin yəhudilərə qarşı törətdiyi qətliamın hələ açılmamış səhifələri var. Bunu araşdıracağıq”.  

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi