Modern.az

Bakı Slavyan Universitetində soyqırım qurbanları anılıb

Bakı Slavyan Universitetində soyqırım qurbanları anılıb

Təhsil

31 Mart 2010, 16:00

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Sağlam İnkişaf  Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə martın 31-də Slavyan Universitetinin akt zalında Azərbaycanlıların Soyqırım gününə dair tədbir keçirilib. Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, millət vəkilləri Fəzail İbrahimli, Rövşən Rzayev, Fuad Muradov iştirak edib. Millət vəkilləri və universitetin rektoru çıxışlarında əsrlər boyu erməni təcavüzkarları tərəfindən Azərbaycan xalqının başına gətirilən bəlalardan danışıblar.

Daha sonra universitet tələbələri soyqırıma aid şeirlərlə çıxış ediblər.

Sonda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqəndiricisi 

Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanan Xocalı faciəsinə həsr olunmuş klip nümayiş etdirilib.

  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu