Modern.az

Almaniya Keyfiyyət Assosiasiyası 16 azərbaycanlıya beynəlxalq ekspert statusu verib

Almaniya Keyfiyyət Assosiasiyası 16 azərbaycanlıya beynəlxalq ekspert statusu verib

Təhsil

31 Mart 2010, 17:51

Almaniya Keyfiyyət Assosiasiyasının Azərbaycanda ilk dəfə keçirdiyi “Keyfiyyətin idarə olunmasının tətbiqi” mövzulu kursların nəticələri artıq məlumdur. Kurslarda iştirak etmiş 19 nəfərdən götürülmüş şifahi və yazılı imtahanların nəticəsinə əsasən 16 iştirakçı təlimləri yüksək səviyyədə mənimsədiyindən onlara keyfiyyətin idarə olunması üzrə beynəlxalq statuslu ekspert sertifikatları verilib. Qaliblər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Azərbaycan Standartları İnstitutunun əməkdaşlarıdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində keçirilmiş təqdimetmə mərasimində çıxış edən Komitənin Aparat rəhbəri Arif Əşrəfov Azərbaycanda keyfiyyət infrastrukturunun möhkəmlənməsi və inkişafı naminə daha ciddi səy göstərmələrini qaliblərə tövsiyyə edib. 

Sonra Arif Əşrəfov Almaniya Texniki Əməkdaşlıq (GTZ) təşkilatının proqram rəhbəri Sandra Dömke ilə birgə qaliblərə sertifikatları təqdim edib.

Xatırladaq ki, Almaniya Keyfiyyət Assosiasiyasının sertifikatları bütün dünyada tanınır və bu sertifikatların sahibləri istənilən yerdə keyfiyyətin idarə edilməsi sistemi, daxili audit sahələrində ekspert kimi çalışmaq imkanına malikdirlər.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI