Modern.az

İngilis lordlar: “Ermənilər minlərlə azərini öldürüb”

İngilis lordlar: “Ermənilər minlərlə azərini öldürüb”

Təhsil

31 Mart 2010, 18:08

Qondarma “erməni soyqırım” iddiaları ABŞ və İsveçdən sonra Londonda Lordlar palatasında da müzakirəyə çıxarılıb. Modern.az xarici mətbuata istinadən müzakirələrin təfərrüatlarını əldə edib. İngilis lordlar erməniləri məyus edib, Qarabağ  məsələsində isə Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər. Əldə olan məlumata görə, ingilis lordlar ermənilərin aprelin 24-nün “erməni soyqırmı” günü kimi tanınması barədə tələbini rədd edib. Bir saat davam etmiş müzakirələrdə ingilis parlamentarilər ermənilərin tələblərinin keçməyəcəyini bəyan ediblər. Debatları erməni-ingilis parlament işçı  qrupunun rəhbəri, “erməni kuklası” adlandıra biləcəyimiz baronessa Kok açıb. Bu vaxta qədər Ermənistan və Qarabağa 69 dəfə səfər etdiyini deyən Kok “erməni soyqırımı”nın tanınması zamanının yetişdiyini deyib. O, iddia edib ki, qondarma ”soyqırım”ın tanınmamsı türk-erməni yaxınlaşmasına da mane olur. Kok çıxışında erməni “soyqırımı” məsələsində İngiltərə hökumətinin mövqeyini də tənqid edib.  Kok daha sonra Azərbaycana qarşı sərsəm bəyanatlarını səsləndirərək bildirib ki,  “Azərbaycan Naxçıvandakı erməniləri sürgün edir”.  Erməni kuklası bildirib ki, “1991-ci ildə Qarabağda  ermənilərə qarşı hücumlar 1915-ci ildə ermənilərə qarşı hərəkətlərin davamıdır”. Kokun sözlərinə dəstək verən digər lord Avebury Türkiyədə qaçaq yaşayan ermənilərin deportasiya olunması barədə baş nazir Ərdoğanın vermiş olduğu bəyanatın 1915-ci il olaylarını xatırlatdığını deyib. 

Daha sonra çıxış edən lord Xilton isə 1915-ci ildə baş vermiş olayların “soyqırım” kimi qəbul olunmasının yanlış olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələnin Türkiyə və Ermənistan  arasında başlamış olan normallaşma prosesinə də zərəri var. “Soyqırım kəlməsini 1915-ci ildə  olanlar ilə əlaqələndirmək yersizdir. Bu, iki ölkə arasında normallaşma prosesinə zərər verə bilər”.

 

“100 il öncəki olaylar yox, günümüzdəki Qarabağ olayları araşdırılmalıdır”

 

Lord Xiltondan sonra söz alan lord Maginnis qondarma “soyqırım” iddialarına təpki göstərib. Olayın bir əsr öncə baş verdiyini  deyən lord “Osmanlı imperatorluğunun yıxıldığı dönəmlərdə olan 100 il öncəki olaya deyil, “ermənilərin gerçəkləşdirdiyi insani bir faciə olan Qarabağ  olayı üzərində dayanmaq zəruridir” deyib. O, Qarabağın işğalı üzündən bir milyon azərbaycanlının  qaçqın-köçkün durumuna düşdüyünü vurğulayıb. “Mən heç zaman sistematik bir təmizləmə üçün səbəb olduğuna inanmıram. O zaman rus-erməni ittifaqı vardı və mümkündür ki, 100 il öncəki olayları da bu ittifaq təxribat edib. Bu olaylar nəticəsində də təbii ki, arzuolunmaz proseslər yaşanıb.

İngiltərə bunu anlamalıdır ki, Mustafa Kamal Atatürk 1992-ci ildə Türkiyəni yeni bir yola qoydu. Türkiyə bu tarixdən bizim müttəfiqimiz oldu. 90 ildir ki, bu yolda davam edir. NATO ilə Varşava Paktı arasında təhlükəli dönəmlərdə Türkiyə Avropanın təhlükəsizliyini və güvənliyini qorudu. Məncə, biz Birləşmiş Krallıq olaraq türk dostlarımızı özümüzə qarşı çevirməməliyik. ABŞ Konqresi də eyni şəkildə diqqətli olmalıdır”. 

“Minlərcə azəri ermənilər tərəfindən öldürüldü” 

Debatlarda daha sonra çıxış edən lord Kilickooney “erməni soyqırımı” iddialarının yanlış olduğunu bildirib. Qarabağ məsələsinə diqqət çəkən lord bəyan edib ki, ermənilər Qarabağda minlərlə azərini öldürüb.  Türkiyə- Ermənistan yaxınlaşmasından bəhs edən lord qeyd edib ki, 1915-ci ildə həm türklər, həm də ermənilər tərəfdən  minlərlə ölənlər olub. .”Məncə, bu çərçivədə “soyqırım” iddialarını dəstəkləmək yanlışlıqdır”. O Lordlar palatasının heç vaxt erməni iddialarına boyun əyməyəcəyini bildirib.

 

İngilis hökuməti 1915-ci il olaylarını “soyqırım” kimi tanımayacaq

 

Müzakirələrdə  hökumət adından iştirak edən dövlət naziri baronessa Kinnoçk debatlara son nöqtəni qoyub. 1915-ci ildə baş vermiş hadisələri insanlıq faciəsi kimi kimi qarşıladıqlarını deyən dövlət naziri İngiltərə hökumətinin bu məsələyə dair mövqeyini açıqlayıb. Onun sözlərinə görə, London Türkiyə və Ermənistan arasında başlamış olan normallaşma prosesinə dəstək verir. Və bu prosesə zərər vura biləcək hər hansı bəyanat verməyəcək. London Ermənistan və Türkiyə arasında keçmişdəki olayların araşdırılması üçün tarix komssiyasının yaradılmasını da dəstəkləyir. “Bu an 1915-ci iə olaylarının “soyqırım” kimi tanınmsı üçün  heç bir hüquqi zəmin yoxdur. Bu üzdən də ingilis hökumətinin bu olayları “soyqırım” olaraq tanıması doğru deyildir”,-deyə dövlət naziri bildirib. Onun sözlərinə görə, ABŞ və İsveçdəki səsvermələr ingilis hökumətinin mövqeyinə təsir edə bilməz. Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir