Modern.az

NATO-nun baş katibi Azərbaycana gələcək

NATO-nun baş katibi Azərbaycana gələcək

1 Aprel 2010, 13:01

st1:*{behavior:url(#ieooui) }

NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycana səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke bu gün məlumat verib. Onun sözlərinə görə,  səfər cari ilin yayında baş tuta bilər. 

 “O, ola bilsin ki, yayda, iyun və ya iyun aylarında səfər etməyi planlaşdırır. Bu səfər Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna turne çərçivəsində baş tutacaq”, - deyə N.Ureke bildirib.

Səfir qeyd edib ki, Anders Foq Rasmussen alyansın rəhbəri kimi NATO-ya üzv ölkələrin, daha sonra isə tərəfdaş ölkələrin paytaxtlarına səfərlər edəcək. Səfərdə məqsəd yerlərdə vəziyyətlə tanış olmaq, NATO və tərəfdaş ölkələr arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparmaqdır.

 Ureke qeyd edib ki, Rumıniya Azərbaycanın NATO ilə əməkdaşlığının genişlənməsi və siyasi dialoqun gücləndirilməsi üçün əlindən gələni etməyə çalışır.

Səfir ereji təhlükəsizliyi sahəsində Azərbaycanın roluna da yüksək qiymət verib.  “Biz qlobal enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu da alqışlayırıq”, - deyə o söyləyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu