Modern.az

Prezident Şirvan şəhərində səfərdədir

Prezident Şirvan şəhərində səfərdədir

Təhsil

1 Aprel 2010, 14:07

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə səfər edib. Prezident əvvəlcə şəhərin Heydər Əliyev meydanında mərhum dövlət başçısının abidəsini ziyarət edib. AzərTAc xəbər verir ki, İlham Əliyev meydanda aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, mühüm tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu meydanda əsaslı yenidənqurma işləri aparılıb. Burada iki işıqlı fəvvarə kompleksi inşa edilib, 22 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb. Şəhər sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü