Modern.az

Terror Putin-Medvedev tandemini pozdu

Terror Putin-Medvedev tandemini pozdu

1 Aprel 2010, 14:38

Moskva metrosunda baş vermiş terror aktları və daha sonra Dağıstnda yerli milis idarəsinə bombalı hücum Rusiyanın Şimali Qafqazda sabitliyə nail olmaq səylərinin puça çıxarıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvadakı partlayışlar birbaşa Rusiya siyasi kursunun gücsüzlüyünü göstərməkdədir. Bundan əlavə, dünyanın beyin mərkəzlərinin nüfuzlu təhlilçiləri baş vermiş (davam edən) terror aktları və  Medvedev-Putin tandeminin pozulması arasında bağlılıq tapmağa çalışırlar. The New York Times  yazır ki,  Moskva metrolarındakı partlayışlar seriyası Putin və Medvedev arasında liderlik mübarizəsini gücləndiricək. Amerikalı professor Corc Meyson qəzetə verdiyi müsahibədə qeyd edir ki, ruslar baş verənlərə sərt cavab gözləyir, Putinin stili isə bu  vəzifə üçün daha çox uyğundur. Stenford Universitetinin əməkdaşı Ketrin Stouner-Veyss hesab edir ki, terror aktları Putinin siyasi uğursuzluğudur. Onun fikrincə, Yeltsin dönəmi ölkə vətəndaşlarına  indiki baş nazirin sərt siyasətindən daha çox təhlükəsizlik verirdi. Qəzet yazır ki, baş vermiş terror aktları Putinə avtoritar hakimiyyətini daha da möhkəmləndirməyə imkan verə bilər. Qəzet qeyd edir ki, “bizi narahat edən odur ki, Putin növbəti dəfə terror dəhşətlərindən özünün ölkə üzərində avtoritar hakimiyyətini möhkəmləndirmək bəhanəsi kimi istifadə edə bilər”.

   

The Cristian Science Monitor qəzetinin yazdığına görə, terror aktlarından sonra rusların diqqəti Putinə yönəlib. Ruslar Putinin ekstremistlərə qarşı daha sərt hərəkətlərinə və daha sərt bəyanatlarına bel bağlayırlar. Partlayışlı terrorizmin Rusiya siyasətinə qayıdışı ilk növbədə Putinə çağırışdır. “Putin barədə bütün mif ondadır ki, o çox sərt, çox effektivdir və onun siyasəti Şimali Qafqaza sülh və sabitlik gətirib. Lakin Putinin Şimali Qafqaza sülh və sabitlik gətirmək səylərinin müsbət bəhrələrindən ağızdolusu danışanları barmaqla saymaq olar”. The Cristian Science Monitor qeyd edir ki, Putinin yaranmış vəziyyəti dəyişə bilməsi mübahisə mövzusudur. Analitiklərin çoxu hesab edir ki, terror aktları Soçi üçün açıqca təhdiddir. Soçi olimpiya oyunnlarının keçirilməsi üçün artıq təhlükə yaranıb.

 

“Bəziləri hesab edir ki, prezident Medvedev və baş nazir Putin arasında 2012-ci il prezident seçkiləri uğrunda  gizli mübarizə gedir.  Belə bir rəylər var ki, Putin tərəfindən operativ qərarların qəbulu qarşıdan gələn prezident seçkilərində onun şanslarını artıra bilər. Hətta belə bir fikirlər də var ki, əgər terror aktları davam etsə, ölkədə növbədənkənar prezident seçkiləri də keçirilə bilər. “Xalqda həyəcan artır və bütün bunlardan Medvedevə qarşı istifadə etmək olar”-deyə qəzet yazır.

 

Qəzet qeyd edir ki, hələlik  heç kim Şimali Qafqazdakı üsyankar hərəkatın qarşısını almağın reseptini dəqiq bilmir. Və terror dalğasından Putinin yaratdığı avtoritar Kreml mərkəzi hakimiyyətinin liberallaşdırılması üçün istifadə olunması perspektivi qaranlıqdır.  “İndi Putin-Medvedev münasibətlərində çatlar əmələ gəlib. Baş vermiş terror aktları isə bu çatları daha da dərinləşdirə bilər”

Qeyd olunur ki, baş vermiş terror aktları ilk növbədə Putinin əl-qolunu açıb. İndi ruslar “güclü əl” kimi ona daha çox ümid edirlər. Medvedevin başlamış olduğu iqtisadi islalatlar arxa plana keçəcək, onun yerinə isə Putinin terrorizimə qarşı yeni mübarizə planları keçəcək.

 

ABŞ Dövlət Departamentinin postsovet ölkələri üzrə keçmiş eksperti Pol Qloub hesab edir ki, son terror aktları Putinin mövqeyini gücləndirəcək. Onun sözlərinə görə,  1999-cu il terror aktları Putinin siyasi karyerasını  ciddi şəkildə möhkəmlətdi. Putinin “KQB” keçmişi və onun istənilən zorakı metodları terrorçulara qarşı yönəltməyə hazır olması qorxu içində olan rus əhalisinin dəstəyini qazanacaq. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür