Modern.az

Türkmənbaşının bağladığı kitabxanalar yenidən açıldı

Türkmənbaşının bağladığı kitabxanalar yenidən açıldı

1 Aprel 2010, 16:17

Türkmənistanda sabiq prezident Saparmurat Niyazovun (Türkmənbaşı) hakimiyyəti illərində bağlanmış olan kitabxanalar yenidən oxucuların ixtiyarına verilib. Modern.az  xəbər verir ki, prezident Qurbanqulu Berdımuxamedovun imzaladığı sərəncama uyğun olaraq bu gündən ölkənin şəhər və kəndlərində bağlı olan bütün kitabxanalar açılıb.  Sərəncam çərçivəsində 140-dan artıq kitabxananın açılması nəzərdə tutulub.  Prezidentin sərəncamına müvafiq olaraq Mədəniyyət və Teleyayım Nazirliyinə bu gündən başlayaraq ölkənin şəhər və kəndlərində yeni kitabxanların açılması üçün binaların ayrılması tapşırılıb.

Qeyd edək ki, keçmiş prezident Türkmənbaşı yerlərdə kitabxanların saxlanmasını lazımsız maliyyə xərci hesab edib. Onun dövründə yalnız məktəb kitabxanaları qalıb. Türkmənbaşı  Ruhnamə və bir neçə şer kitabı yazıb. O hesab edib ki, onun yaradıcılğı türkmən oxucuları üçün bütün digər  kitabları əvəz edə bilər. 2007-ci ilin fevralında Berdımuxamedovun prezident seçilməsi ilə təhsil sahəsində islahatlar başlayıb, aspirantura və doktarantura təhsili, xarici təhsil ocaqlarında təhsil bərpa olunub, məktəb və ali təhsil ocaqlarının tədris  proqramları dünya standartlarına uyğunlaşdırılıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər