Modern.az

Bakıda sağlamlıq üçün təhlükəli kolbasalar aşkar edilib

Bakıda sağlamlıq üçün təhlükəli kolbasalar aşkar edilib

1 Aprel 2010, 17:15

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 2 ünvanında yerləşən “Abşeron-2000” fərdi firmasındamənşəyi bəlli olmayan və saxlama müddəti ötmüş xammal, inqridiyent və ədviyyatlardan istifadə edilməklə kolbasa məmulatlarının istehsal edildiyi, anbarda olan 1850 kq müxtəlif çeşidli hazır kolbasa məhsullarının üzərində istehsal tarixinin göstərilmədiyi, mallar satışa buraxılarkən onun üzərinə saxta istehsal tarixinin yazıldığı, ticarət şəbəkəsində müxtəlif səbəblərdən yarasız hala düşdüyü üçün geri qaytarılmış 570 kq-dan çox kolbasa məmulatlarının və aşkar keyfiyyətsizlik əlamətləri olan 530 kq ət və toyuq farşının xammal kimi istifadə olunduğu aşkar edilib. Məlumatı İqtisadi İnkişaf Nazirliyi yayıb.

Bundan başqa, müəssisənin anbarında Rusiyanın “Tsaritsino” və “Çerkizovskiy” müəssisələrinin əmtəə nişanı ilə markalanan və həmin müəssisələrə məxsus texniki şərtlərin işarəsi göstərilən, kolbasa qablaşdırılmasında istifadə olunan qılaflar aşkar edilib ki, bu da müəssisə tərəfindən istehsal edilən məhsulların bir hissəsinin saxtalaşdırılaraq, Rusiya müəssisələrinin adı ilə satışa çıxarıldığını göstərir.
Eyni zamanda, müəssisənin anbarında üzərində məhsulun saxlama müddəti normativ-texniki sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilmiş 27750 metr kolbasa qılafı aşkar olunub.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Abşeron-2000” fərdi firmasının istehsal etdiyi və insan sağlamlığı üçün təhlükə törədə biləcək kolbasa məmulatlarını almamağı tövsiyə edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu