Modern.az

Medvedev terrorizmlə mübarizədə 5 vəzifə müəyyən edib

Medvedev terrorizmlə mübarizədə 5 vəzifə müəyyən edib

1 Aprel 2010, 17:20

Bu gün Rusiya prezidenti Dmitri Medvedev Dağıstana gəlib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mahaçqalada müşavirə keçirən Medvedev terrorizmlə mübarizədə 5 vəzifə müəyyən edib. Bunlar aşağıdakılardı:

-Hüquq mühafizə orqanları, Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidmətinin, məhkəmələrin möhkəmləndirilməsi,

-Terrorçulara kəskin xəncər zərbələri endirmək və ya onları öz yuvalarında məhv etmək,

- Banditlərdən ayrılmağa qərar vermiş adamlara yardım göstərmək,

-İqtisadiyyat, təhsili, mədəniyyəti inkişaf etdirimək, mənəviyyatı möhkəmlətmək..

 

Medvedev qeyd edib ki, yalnız bu 5 vəzifəni yerinə yetirməklə Şimali Qafqazda işlərin öhdəsindən gəlmək olar. Prezident qeyd edib ki, terrorizm maddəsi ilə müşayiət olunan cinayət işlərinin təkmilləşdirilməsini istisna etmir. “Prinsipcə, kifayət qədər ciddi dəyişikliklərə getmək olar, təki onlar  effektiv olsun”,-deyə Medvedev bildirib.  Onun sözlərinə görə, bu, terrorizmlə mübarizə aparan bütün dövlətlərə aiddir. “Son günlər müxtəlif ölkələrin liderləri mənə zəng edirlər. Onların hamısı  terrorizmdən əziyyət çəkir. Bu, həmrəylikdir”,-deyə Medvedev əlavə edib.

 

Prezident Qafqazın dini liderləri ilə əlaqələrin möhkəmləndirilməsi vacibliyini bildirib. O, Qafqazda islam liderlərinin avtoritetini möhkəmləndirməyə çağırıb. Medvedev islamın və islam liderlərinin Qafqazda xüsusi rolunu qeyd edib. “Onlara kömək etmək, hər vasitə ilə onların nüfuzunun möhkəmlənməsinə çalışmaq lazımdır, onlar həqiqəti çatdırmalıdırlar”-deyə dövlət başçısı bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu