Modern.az

"Azerfon" və "Azercell" abunəçiləri bir-birlərinə MMS göndərə biləcəklər

"Azerfon" və "Azercell" abunəçiləri bir-birlərinə MMS göndərə biləcəklər

Ölkə

1 Aprel 2010, 18:18

Azərbaycanın GSM standartlı mobil rabitə operatoru "Azerfon" ölkənin digər operatoru "Azercell" şirkəti ilə saziş imzaladığını bildirib. Sazişə əsasən "Azerfon-Vodafone" və "Azercell" abunəçiləri öz aralarında MMS (Multimedia Messaging Service)  göndərmək imkanından yararlana biləcəklər.

Digər şəbəkəyə göndərilən bir MMS-in qiyməti 0.15 AZN təşkil edəcək. Xidmət bu gündən qüvvəyə minir.
Qeyd edək ki, bu müxtəlif operatorların abunəçiləri arasında MMS mübadiləsi imkanları təqdim edən ilk razılaşmadır.

"Azerfon-Vodafone" yerli və xarici operatorlarla MMS müqavilələrin sayını gələcəkdə artırmaq niyyətindədir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?