Modern.az

AŞ PA prezidenti Azərbaycana gələcək

AŞ PA prezidenti Azərbaycana gələcək

Ölkə

2 Aprel 2010, 10:16

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu aprelin 13-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə M.Çavuşoğlunun özü Modern.az-ın əməkdaşı ilə söhbətdə bildirib. M.Çavuşoğlu onu da deyib ki, bu onun AŞ PA prezidenti kimi Azərbaycana ilk rəsmi səfəri olacaq. Azərbaycan Mövlud Çavuşoğlunun AŞ PA prezidenti kimi rəsmi səfər edəcəyi 5-ci dövlətdir. M.Çavuşoğlu bildirib ki, o, səfər zamanı Azərbaycan dövlətinin rəsmilərilə müxtəlif məsələləri müzakirə edəcək. M.Çavuşoğlu bu il yanvarın 25-də AŞ PA-nın qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti seçilib. O, Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinə rəhbərlik edirdi. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi