Modern.az

Erməni terrorçu azadlığa buraxıldı

Erməni terrorçu azadlığa buraxıldı

2 Aprel 2010, 10:24

Kanada hakimiyyət orqanları erməni terrorçusu, terroçu “Erməni İnqilab Ordusu”nun üzvü Raffi Titizyanı azadlığa buraxıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Titizyan Türkiyənin Kanadadakı səfirlik binasını ələ keçirdiyinə görə həbs olunub. Titizyan 1985-ci ildə səfrlik binasına təşkil etdiyi hücumdan sonra ömürlük azadlıqdan məhrum olunmuşdu.

“Erməni İnqilab Ordusu”nun 3 üzvü – Raffi Titizyan, Gevork Maraşlyan, Ovik Nuparyan 1985-ci ildə  Türkiyənin Kanadadakı səfirliyini ələ keçirib.  Hücum zamanı səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı həlak olub. Səfir Coşqun Kirs isə yaralanıb. Hər üç erməni terrorçu Kanada məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib.  25 ildən sonra cari ilin fevralın 19-da Kanada Gevork Maraşlyanı və Ovik Nuparyanı, daha sonra Titizyanı həbsdən azad edib. Bir neçə gün əvvəl isə Kanada Titizyanı ölkədən deportasiya edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər