Modern.az

Milyonlarla insan mina qorxusu altında yaşayır

Milyonlarla insan mina qorxusu altında yaşayır

2 Aprel 2010, 10:37

 

60-dan çox ölkədə milyonlarla insan mina və partlamamış hərbi sursatların qorxusu altında yaşayır. Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibi Pan Qi Mun

4 aprel - Beynəlxalq mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günü ilə bağlı müraciətində bildirib.

Müraciətdə qeyd olunur ki, mina fəlakəti ilə üzləşən bir çox ölkələrdə mina təhlükəsizliyi şəraiti müxtəlif olsa da, bütün hallarda nəticə etibarilə fərqlənməyən cəhət insanların həyatından və yaxud əl və ya ayaqlarından məhrum olması təhlükəsidir. “Lakin bizim bu sahədə işimiz hər gün, hər saat uğurla davam edir. Ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi işlərindən əlavə, mina qurbanlarına yardım, onların reabilitasiyası və cəmiyyətə yenidən inteqrasiyası daha geniş miqyasda və daha yaxşı səviyyədə təmin olunur”.

Baş katib bildirib  ki, BMT-nin minalardan təmizləmə fəaliyyəti, həmçinin Minaların Qadağan Olunması haqqında Konvensiya Müharibə Dövründən Qalmış Partlayıcı Qurğular haqqında 5-ci Protokol və cari il avqustun 1-də qüvvəyə minəcək Kaset Hərbi Sursatlar haqqında Konvensiya da daxil olmaqla, müvafiq beynəlxalq hüquqi sənədlərin təbliğini də özündə ehtiva edir. Ötən ilin dekabrında Minaların Qadağan Olunması haqqında Konvensiyanı 2-ci dəfə nəzərdən keçirmək üçün Kartagenada təşkil edilmiş konfrans bir daha dövlətlərin bu sənədə olan sədaqətini və dünya üzrə minadan təmizləmə fəaliyyətinin bundan sonra da davam etdiriləcəyini təsdiqləyib.

Pan Gi Mun müraciətində bütün üzv dövlətləri insan həyatını xilas edən bu humanist işdə öhdəliklərə sadiqliyi bir daha təsdiq etməyə və birgə fəaliyyətə çağırıb.

 

Qeyd edək ki, Ermənistanın işğalçılıq  siyasəti nəticəsində Azərbaycanın sərhədyanı rayonları da mina və partlamamış hərbi sursatların qorxusu altında yaşayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir