Modern.az

Sentyabrın 24-dək havalar qeyri-sabit keçəcək

Sentyabrın 24-dək havalar qeyri-sabit keçəcək

Ölkə

21 Sentyabr 2009, 21:14

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 24-dək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeoroloji proqnozlar bürosundan məlumat verilib. Bu müddət ərzində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Bəzi yerlərdə yağış intensiv xarakteralacaq. Temperatur ötən günlərə nisbətən 5-7 dərəcə enəcək. Hidrometeoroloji proqnozlar bürosunun məlumatına görə, sentyabrın 22-də şimal küləyi güclənəcək. Yağan yağışlar çaylarda suyu artıracaq. Bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi