Modern.az

"Azərkimya” Dövlət Şirkəti ARDNŞ-nin tabeliyinə verildi

"Azərkimya” Dövlət Şirkəti ARDNŞ-nin tabeliyinə verildi

2 Aprel 2010, 20:35

Daha bir iri dövlət qurumu- “Azərkimya” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilib. Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bundan öncə “Azəriqaz” da ARDNŞ-nin tabeliyinə verilmişdi.

“Azərkimya” Dövlət Şirkətində struktur və kadr dəyişikliyinin aparılacağı da gözlənilir. Hazırda “Azərkimya” Dövlət Şirkətinə deputat Məcid Kərimov rəhbərlik edirdi. “Azərkimya” Dövlət Şirkəti neft-kimya və kimya sahəsində mərkəzləşdirilmiş idarə olunmanı təmin etmək məqsədilə Prezidentin 13 sentyabr 1992-ci il tarixli 199 saylı fərmanı ilə yaradılıb. 

“Azərkimya” Dövlət Şirkəti Azərbaycanın kimya və neft-kimya sahələrində istehsalat, elmi-istehsalat və kommersiya birliklərini, zavodları, elmi və layihə təşkilatlarını özündə birləşdirən dövlətin elmi-istehsalat və iqtisadi kompleksidir. Öz fəaliyyət növü üzrə şirkət nazirlikdir, onun rəhbəri nazir statusuna malikdir. Şirkətin əsas məsələləri-kimya və neft-kimya kompleksinə daxil olan bütün müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, ölkənin neft-kimya və kimya sahələri üzrə inkişaf strategiyasının və konsepsiyasının hazırlanması və həyata keçirilməsi, dünya standartlarına cavab verən ekoloji təmiz texnoloji proseslərin tətbiqini təmin etməkdir.

“Azərkimya”nın tabeliyinə Üzvi Sintez zavodu, Səthi  Fəal Maddələr zavodu, Sintetik Kauzuk zavodu, Etilen Polietilen zavodu, Mexaniki Təmir zavodu,  “Azərkimya” Dövlət Layihələndirmə İnstitutu, Azərbaycan Dövlət Kimya Elmi-Tədqiqat İnstitutu daxildir.

Hal-hazırda şirkətin müəssisələrinin məhsulları Avropa İttifaqına, MDB , Türkiyə, İran, İraq, Çin, Yaponiya və digər ölkələrə ixrac edilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi