Modern.az

Goranboyda ağ bayraqlı etiraz aksiyası (yenilənib)

Goranboyda ağ bayraqlı etiraz aksiyası (yenilənib)

3 Aprel 2010, 09:59

Bu gün səhər saatlarında Goranboy rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində icazəsiz küçə yürüşü keçirilib. Rayon sakinlərinin Modern.az-a verdikləri məlumata görə, aksiyanı 3 nömrəli orta məktəbin şagirdləri, onların valideynləri və müəllimlər keçiriblər. Yürüş iştirakçıları əllərində ağ bayraq tutaraq məktəbin direktoru Nüşabə Əhmədovanın işdən çıxarılmasına etirazlarını bildiriblər.

Sakinlər deyirlər ki, ağ bayraqlı aksiya iştirakçılarının sayı 200 nəfərdən çox olub. Onlar rayon İcra Hakimiyyətinin binasına doğru bir xeyli irəliləyiblər, amma əraziyə çağırılan polis işçilari aksiyanın sonadək keçirilməsinə imkan verməyiblər. Buna baxmayaraq etitaz edənlər rayon mərkəzindən keçən yolu bir müddət bağlamağa nail ola biliblər.

Verilən məlumata görə, 3 nömrəli orta məktəbin direktorunun işdən çıxarılma əmri təhsil müəssisəsində ciddi etirazlara səbəb olub. Goranboy sakinləri saytımıza bildirblər ki, bu məsələdə əsas günahkar rayonun icra başçısı Nizaməddin Quliyevdir. Məhz onun göstərişi əsasında rayon Təhsil Şöbəsinin müdiri məktəb direktorunun işdən azad olunması barədə əmr verib. Ən son məlumata görə, aksiya iştirakçıları
rayon Təhsil Şöbəsi qarşısında belə bir tələb irəli sürüblər ki, əgər N.Əhmədova qısa müddətdə vəzifəsiə qaytarılmasa, müəllimlər gələn həftədən işə çıxmayacaq, valideynlər isə uşaqları dərsə buraxmayacaqlar.

Qeyd edək ki, şənbə günü olduğundan məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənə bilmədik.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi