Modern.az

Ermənistan iki azərbaycanlının meyidini təhvil verdi

Ermənistan iki azərbaycanlının meyidini təhvil verdi

3 Aprel 2010, 13:43

Bu gün Ermənistan iki azərbaycanlının meyidini Azərbaycana təhvil verib. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib.
Əməliyyat Ermənistanın Yeresxavan şəhəri ilə Azərbaycanın Sədərək şəhəri arasındakı yolda həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib ki, Qazax rayon sakinləri olan Həsən Hüseyn oğlu Hüseynov və Sakit Şərif oğlu Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən martın 2-3-də Qazax rayonunun Məzəm kəndi ilə Ermənistanın İcevan rayonunun God kəndi istiqamətində öldürülüblər. Ermənistan tərəfi onları təxribat qrupunun üzvləri kimi təqdim etsə də, əslində onlar mülki şəxslər olub və mal-qara otaran zaman səhvən Ermənistan tərəfinə keçiblər.
Meyidlərin təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi