Modern.az

Hərbiçilərin maşını qəzaya uğrayıb, 4 əsgərimiz ölüb, 12-si yaralanıb

Hərbiçilərin maşını qəzaya uğrayıb, 4 əsgərimiz ölüb, 12-si yaralanıb

Təhsil

3 Aprel 2010, 17:41

Bu gün Azərbaycanın Lerik rayonu ərazisində içində 16 əsgər olan “Qaz-66” markalı hərbi maşın aşaraq dərəyə yuvarlanıb. ANS-in məlumatına görə, hadisə təxminən saat 15.30 radələrində Lerikin Yeni Günəşlı kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.
İlkin məlumata görə, hadisə zamanı 4 əsgər ölüb, 12-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lənkəran Şəhər Hərbi Prokurorluğundan və Lerik Rayon Prokurorluğundan faktı təsdiqləyiblər. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində ilkin araşdırma aparırlar. Ölən və yaralananların adları dəqiqləşdirilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan maşında Sərhəd Qoşunlarının hərbi xidmətdən təxris olunan əsgərləri olub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında bildirilib ki, qəzada Sabunçu rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu, Şəmkir rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan kiçik çavuş Əhmədov Pərviz Rahid oğlu, Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər Fərəcov Elnur Qaçay oğlu , Beyləqan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər Nəsirov Fuad Əmiraslan oğlu vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır