Arxiv
22 İyun 2021, 09:17 | DÜNYA
Hitlerin sovetlərə hücumundan 80 il ötür - TARİX

Bu gün – 22 iyun Hitler Almaniyasının keçmiş SSRİ-yə hücum etdiyi gündür. 1939-cu il sentyabrın 1-də almanların Polşaya hücumu ilə başlayan İkinci Dünya Müharibəsi tezliklə Sovet İttifaqına da keçdi.

Faşist Almaniyasının kansleri Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi:

“Rusiya gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!”.

Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.

İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən Müharibəsi adlandırdığı savaş başladı. SSRİ-nin müharibəyə girməsi ilə II Dünya Müharibəsinin gedişində yeni mərhələ başladı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı savaş üçün səfərbər olundu.

Faaşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Planda Qafqazın, xüsusilə Bakının işğalı mərkəzi yer tuturdu.

1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfərədək insan səfərbər edilib, cəbhəyə göndərildi. Onlar sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər.

Faşizm üzərində qələbə xalqların qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edildi.

Müharibədə Sovet İttifaqından 27 milyon nəfər həlak oldu ki, onların da 300 mindən çoxu azərbaycanlılar olub.



Modern.az  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv